Xəbər lenti

"İKT Fondu"nun Müşahidə Şurası niyə uğurlu startapları görməzdən gəlir?! - ARAŞDIRMA
Ekonomiks 11:57 26.10.2016

"İKT Fondu"nun Müşahidə Şurası niyə uğurlu startapları görməzdən gəlir?! - ARAŞDIRMA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İKT Fondunun hər il müəyyən layihə və startaplara qrant şəklində büdcə ayırdığından yəqin ki, xəbəriniz var. Artıq ənənə halını almış bu təşəbbüs birbaşa ölkə prezidenti tərəfindən 15 mart 2012-ci il tarixində müvafiq sərəncam ilə təsis olunub və hər il bununla bağlı dövlət büdcəsindən müəyyən qədər vəsait ayrılır.
Belə bir vəziyyətdə bir neçə ildir ayrılan bu qrantlar hansı şərtlər daxilində verilir?

Yaxud, layihələrin seçim prosesi nə dərəcədə şəffafdır? Daha bir maraqlı sual isə, bugünə qədər vəsait ayrılan layihələrin aqibəti nə yerdədir? Technote olaraq bu prosesin daha da yaxşılaşdırılması və cəmiyyətə daha faydalı olması üçün öz irad və təkliflərimizi açıq şəkildə bildirmək istəyirik.

Əvvəla başlayaq dövlət tərəfindənayrılan bu qrantın məqsədindən. Hamımızın bildiyi kimi İKT sahəsinə bu cüryatırım edilməsi birbaşa ölkədə İT və startapların inkişafı üçündür. Ölkəprezidenti cənab İlham Əliyevin də etdiyi çıxışlara nəzər salsaq, əsas məqsədölkənin İT infrastrukturunun formalaşdırılması və yeni innovativ ideyalara, gənclərədəstək olmaqdır. Ən əsas məsələ isə bu qrantlar heç bir maddi maraq güdülmədən,birbaşa gənclərə və layihələrə qarşılıqsız şəkildə verilir. Belə olan halda bu prossesyerli icra orqanları tərəfindən necə tənzimlənir? Layihələri dəyərləndirənekspertlər həqiqətən prezidentin onların öhdəsinə verdiyi işi layiqincə yerinəyetirə bilirlərmi? Suallar çoxdur və biz də bacardığımız qədər məsələyəobyektiv yanaşmaqla bu tipli sualları aydınlaşdırmağa çalışacağıq.

Bir neçə gün əvvəl İKT fondunun İyulayından etibarən elan etdiyi qrant müsabiqəsinin cavabları məlum olub, 29layihə dövlət tərəfindən mükafatlandırılıb və bütün layihələrə ümumi olaraq 395.000 manat vəsait ayrılıb. 121 layihənin müraciət etdiyi bu müsabiqədən cəmi29 layihə qrant almağı bacarıb. Digər illərlə müqayisədə qalib layihələrin sayıkifayət qədər çoxdur və demək olar ki, keçən ilin qaliblərinin 2 qatına bərabərdir.Bu isə öz növbəsində dövlətin bu işdə həqiqətən maraqlı olduğunun bariz göstəricisidir.Lakin maraqlı məqam layihələrin seçim prosessi ilə bağlıdır. Layihələr ekspertlərtərəfindən 3 mərhələdə dəyərləndirmədən keçirlir. Ümumi ekspertiza mərhələsindəqoyulan tələblərə uyğun layihələr Kompleks ekspertiza mərhələsinə göndərilir.Bu mərhələdə isə layihələr qiymətləndirildikdən sonra yekun mərhələ olan Müşahidə Şurasının toplantısına göndərilir. Bu mərhələ əsas mərhələdir vəburada birbaşa müstəqil ekspertlər layihələri dəyərləndirirlər. Lakin İKTFondunun saytında yerləşdirilən qiymətləndirmə meyarları ilə, ekspertlərinseçimləri heç də üst-üstə düşmür. Əyani sübut olaraq İKT Fondunun rəsmisaytında yerləşdirilən meyarları sizlərə təqdim edirik.

1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə
3. Layihənin kommersiyalaşdırılma potensialı
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş(yerli və xarici) İKT layihələrində uğurlu iştirakı
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli vəreallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi

Meyarlara nə dərəcədə diqqətedildiyini aydınlaşdırmaq üçün birbaşa əyani misallarla elə bu il keçirilənmüsabiqədə seçilməyən və qalib olan startaplar üzərindən nəzər salaq.



 

Shrippy – SUP Akselerasiya mərkəzininuğurlu startaplarından biri sayılır. Təcrübəli komanda üzvlərinin olduğu bustartap SUP Demoday-da ilkin toxum yatırımı alan startaplardan biridir. Bununlayanaşı bu il Türkiyədə keçirilən Webrazzi Summit-də ən yaxşı 10 startapdan biriolmağı bacararaq Webrazzi Arenada çıxış ediblər. Hazır biznes model və tətbiqiolan bu startap İKT Fondu tərəfindən müsabiqəyə uyğun hesab edilməyib.İnsanlarda alış-veriş vərdişlərinin sosial mediaya daşınmasına xidmət edən bulayihənin əsas məqsədi qlobal bazarda uğurlu olmaqdır. Amma deyəsən bizim şuraüzvləri heç də belə düşünmür. Layihə rəhbəri Cəfər Nəcəfov sosial media üzərindənetdiyi açıqlamada aşağıdakıları qeyd edib:


"Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinintabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya vəkommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqielmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə QRANT müsabiqəsi elanetmişdi. Biz də "Shrippy" layihəsi olaraq müsabiqəyə qatıldıq. Layihəmizhəm Facebook, Amazon-dan dəstək almış. Həm toxum investisiya almış, həm də ilk dəfəolaraq Azərbaycan startapı olaraq Webrazzi Arenada 10 ən yaxşı Startap olaraqçıxış etmişdi. Bizim daha da qlobal olmağımız üçün dövlət qrantına təbii ki,ehtiyacımız var idi. Lakin Shrippy olaraq biz heç 2-ci mərhələdən belə keçmədik. Bizdən başqa Lendock layihəsidə qatılmışdı müsabiqəyə və onlar da layiq idi qrantı almağa. Müşahidə Şurasınınüzvü mediaya açıqlayıb ki: "Çox zəiflər içərisindən daha az zəif olanınseçimi qarşısında qalırıq". Seçilmiş layihələrin bəzilərinin isə heç saytıbelə işləmir. 15000 AZN qrantı isə həmin Müşahidə Şurasının üzvünün Startup.Azsaytı qazanıb. Dövlət İKT sahəsi inkişaf etsin deyə bu müsabiqələri keçirir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - zəhmət olmasa bunu araşdırın. Güclüstartapçılar artıq belə haqsızlıqlar görüb ölkədən getməsinlər.”



 

Orderhunt – SUP Demodayiştirakçılarından biri olan və fəaliyyətinə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindən başlayan bu startap 6 nəfərdən ibarət çox təcrübəli komandadan ibarətdir. Mükəmməlkod yazılımına malik, istər Android, istər iOS platforması üçün mövcud olan tətbiqlərinibir kənara qoysaq, bu layihənin Web və müştərilər üçün istifadə paneli beləhazırdır. Sifarişçilərin, restoranlardan sifariş etdikləri qida və məhsullarınonline traking vasitəsilə izlənməsinə şərait yaradan bu tətbiq qlobal bazaraçıxma potensialı olan layihələrdəndir. Azərbaycanlı developerlərin də 0-dan butipli platforma yaratması həqiqətən ürəkaçan bir haldır. Hal hazırdaAlmaniyadan bir çox mərkəzlərin marağında olan bu layihə bizim Müşahidə Şurasıtərəfindən zəif hesab edilərək, qalib elan edilməyib.

 

 

Lendock – Daha bir SUPakselerasiya mərkəzinin layihələrindən biri olan Lendock, avtomobillərin onlineicarə xidmətini təklif edən şəbəkədir. Startap bazarında dünya təcrübəsindən xəbardarolan çox güclü bir komandaya və təcrübəyə sahib olan bu layihə ölkəmizi bir çoxqlobal arenalarda da təmsil edib. Lakin buna baxmayaraq layihə seçilənlərsırasında olmağı bacarmayıb. Lendock layihə rəhbəri Ağahüseyn Əhmədov müsabiqəhaqqında sosial hesablarının birində aşağıdakı açıqlamanı qeyd edib:

"Ümumiyyətlə startap sahəsində gedən müzakirələrə, mübahisələrəvə hadisələrə şərh bildirmirəm. Həmişə kənardan izləməyi özümə uyğun bilirəm.Amma bu sonuncu İKT fondunun qrant müsabiqəsini gördükdən sonra sakit oturabilmirəm.

Lendock İKTfondunun qrantını qazana bilmədi. Eybi yox. Komandamız heç də heyifslənmir. Birstartap layihəsi kimi bundan qat-qat böyük layihələrdə iştirak etmişik, ölkəmizinüfuzlu yerlərdə təmsil etmişik və dayanmadan da inkşaf edirik.

Amma gəlin bu dəfə qalib gələn və gəlməyən layihələr haqdabir danışaq. Yaxından bildiyim Orderhunt, Shrippy kimi layihələrbu qranta müraciət etmişdilər. Mən sizi əmin edə bilərəm ki, bu layihələrə vəbu komandalara yatırım edilsə, bu ölkədən uğurlu layihələrin çıxdığını görməkolar. Bu layihələr çox gözəl nəticələr göstərir və inkşaf edir.

Dünyada normal layihə qəbulu prosesində bir sıra nüanslarabaxılır:

1. Komanda
2. Bazar araşdırması
3. MVP-in olması
4. Göstəricilər (traction)

Yuxarıda sadaladıqlarım layihələrin hər 4 nüansa görə çoxgözəl göstəriciləri var. MVP-nin və Traction-un olması isə bu layihələrisiyahının ən yuxarı pillələrinə qaldırır. Biz isə görürük ki, qalib gələn əksərlayihələrin heç domain-ləri belə alınmayıb. Layihələrin adlarından başqa heçbir məlumat verilməyib. Çoxu haqda nə sosial şəbəkələrdə, nə də ümumiyyətləinternetdə heç bir məlumat yoxdur. (1-2 həvəsli insan hətta o qalib olan layihələrinqeyd olunan domen adlarını gedib alıblar:D)

Müşahidə Şurasının üzvünün verdiyi açıqlamaya görə:"Çox zəiflər içərisindən daha az zəif (layihə) olanın seçimi qarşısındaqalırıq"

Tam razıyam. Qalib olan Startup.az (Startup Azerbaijan)layihəsini də o zəif layihələrin sırasında görmək məni qətiyyən təəccübləndirmir.Görünür bu "öndə gedən" startaplara "dəstək" göstərənin eləözünə bir "yardım əli" uzatmaq lazım imiş. Üstəlik Startup.az TəşkilatKomitəsinin üzvünün eyni zamanda İT-nin İnkişafı Dövlət Fondunun MüşahidəŞurasının üzvü olması yəqinki "obyektivliyin" "aydın təzahürüdür".

Seçimlərdə "düzgünlük", "obyektivlik"tamamilə baş alıb gedir. Bilmirəm bizim bu İKT fondu seçim aparanda hansıanaloqu olmayan üsullardan istifadə edir, amma fikrimcə ictimaiyyətlə bölüşsələrqalib gəlməyən startaplar da öz üzərlərində işləyib, növbəti qrant müsabiqələrindədaha uğurlu nəticələr göstərə bilərlər.”



 

VotePoll – Azərbaycan startap vətexnologiya bazarında böyük əməyi olan Fərid Pərdəşünas-ın qlobal layihəsidir. Layihə tam hazır olmadan bazarda təqdim edilməyəcəyiüçün rəhbər bu barədə heç bir açıqlama verməyib. Lakin bu layihənin qlobal və innovativyenilikçi bir ideya üzərində qurulduğu qeyd olunur. Fərid Pərdəşünas müsahibəsindəaşağıdakıları şiddətlə vurğulayıb:

”Ən azından bu layihənin arxasında içi məndaxil çox təcrübəli 3 nəfər dayanır. Biz bu layihənin biznes planınıyazan zaman bazar araşdırması olaraq emarketer, statista kimi mənbələrdə günlərləstatistik analiz aparmışıq. Ən azından biz bu layihənin domenini almışıq, ənazından tətbiqin MVP modelini hazırlamışıq, ən azından biz biznes planla yanaşıbütün məsələni aydınlaşdıran təqdimat slaydlarını göndərmişik. Ən azından biz15 gün əvvəl Fransa hökümətinin keçirdiyi startap yarışında bütün dünyadan 700startap arasından seçilib final mərhələsinə vəsiqə qazanmışıq. Lakin, bütünbunların qarşılığında İKT Fondunun müşahidə şurası bizim tələblərə cavab vermədiyimiziiddia edir. Bu təbii haldır. Deyəsən Müşahidə Şurasının ya qlobal bazardan, ya da startap bazarından xəbəri yoxdur.”

29 layihənin qalib olması bizi çoxsevindirdi. Yeganə diqqət çəkən məqam layihələrin seçilmə məntiqi idi. Çox təəssüfki, seçilən layihələr arasında bəzilərində aşağıdakılar yer alırdı:

-Keçən il qalib olmuş simaların fərqli layihələri

-İnnovativ əsası olmayan layihələr

-Saytının domenini belə almayan layihələr

-Qlobal əsası olmayan layihələr

Biz buvəziyyətdən təəssüfləndiyimizibildiririk. Bu ölkənin və ən əsası Azərbaycanın startap bazarının əsasfiqurları, bu ölkə üçün çalışan gənclərin haqqları bax beləcətapdalanır. BizAzərbaycan gəncləri olaraq ölkəmizdə bu bazarın yaranması, AzərbaycanınİT vəStartap sahələrində MDB məkanında aparıcı bir ölkəyə çevrilməsi uğrundamübarizəaparırıq. Biz bu ölkənin daha yaxşı bir yer olması üçün və insanlarafayda verməküçün çalışırıq. Biz neft kapitalından, insan kapitalına çevrilmişölkənin gələcəksimalarıyıq. Lakin bütün bu olanlar, bizim əməyimizə edilmiş böyükhörmətsizlikdir.Əgər Avropa, Amerika bizimlə maraqlanırsa, bizim ölkəmizin də bizədəstəkolması vacibdir. Sadəcə doğru Müşahidə Şurası, doğru dəyərləndirmələrlazımdır.Ekspertlərin subyektiv dəyərləndirmələri ilə bu ölkənin büdcəsi yanlışistiqamətdəxərclənir. Bu büdcədə bizim də haqqımız var. Hər il cənab prezident bubüdcənibizlər üçün ayırır, amma çox təəssüflər olsun ki, yanlış dəyərləndirməucbatından bu vəsaitlər yanlış istiqamətdə sərf olunur. Heç MüşahidəŞurası bir dəfə olsun dönüb arxada qalanlayihələrin mövcud olub-olmadığına nəzər saldımı? Bizim fikrimizcə artıqMüşahidəŞurasına yeni nəfəs, gənc kadrlar lazımdır. Ən azından dünya bazarından xəbərdar,bu bazarı bilən ekspertlər işə cəlb olunmalı, bu olmadığı təqdirdə isə yerliİnnovasiya Mərkəzlərindən dəstək istənilməlidir ki, sonra ölkənin ən aparıcıİnnovasiya Mərkəzlərinin layihələri Müşahidə Şurasının qərarları ilə dövlət dəstəyindənməhrum olmasın. Qalib layihələrin siyahısına isə buradanbaxa bilərsiniz. Yəqin ki, seçilən layihələri araşdırıb, axtarsazhaqlarında heç bir məlumat tapa bilməyəcəksiniz. Ən azındansadaladığımız 4 layihə "İELTS öyrənək", "Futbolçuların qeydiyyatsistemindən" dəfələrlə yaxşıdır.

Yazı technote.az saytından götürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->