Xəbər lenti

Yeni tədris ilinin başlaması ilə kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək?
Ekonomiks 21:39 19.07.2025

Yeni tədris ilinin başlaması ilə kirayə mənzil bazarında qiymətlər necə dəyişəcək?

Yeni tədris ilinin başlamasına artıq az müddət qalıb. Avqust ayından etibarən regionlarda yaşayan tələbələr kirayə mənzillər tapmaq üçün Bakıya axın edəcəklər.

Bəs görəsən, bu, kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Oxu.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, avqust ayının 15-20-dən sonra kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə oluna bilər:


"Hazırda kirayə mənzil bazarında qiymətlərdə durğunluq hökm sürür. Ötən ay ilə bu ay arasında müqayisə apardıqda ciddi fərqlər üzə çıxmır. Lakin bu vəziyyətin avqustun 15-20-dən sonra dəyişəcəyini ehtimal edirəm. Çünki tələb artdıqca təkliflər azalır, belə olan halda da qiymətlərdə artımlar özünü göstərir".

Ekspert kirayə mənzil bazarında bu il vəziyyətin daha da kəskinləşəcəyini qeyd edib:

"Bu ilin göstəricilərində vəziyyət daha ağır olacaq. Bəzi ərazilərdə çoxmənzilli binaların söküntüsü planlaşdırılır. Bu söküntü işləri sürətləndirilərsə, qiymət artımı daha çox olacaq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->