Xəbər lenti

"İsa Qəmbərin sıxışdırılması düzgün deyil”
Siyasət 14:18 17.07.2013

"İsa Qəmbərin sıxışdırılması düzgün deyil”

“İndiki şəraitdə Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür”.

Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı verib.

R. Manaflı Müsavat Məclisinin partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlamasına da münasibət bildirib. O, Milli Şura üzvlərinin İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmasını düzgün hesab etməyib: “Çünki İsa Qəmbər müxalifətin vahid namizədi olaraq Rüstəm İbrahimbəyovun namizədliyini birmənalı şəkildə dəstəkləyib. Amma o, əvvəlcədən seçkiləri boykotun qəti əleyhdarı olduğunu bəyan edib. İsa Qəmbərin prezidentliyə namizədliyini geri götürməməsi o demək deyil ki, Rüstəm İbrahimbəyovun namizədliyinin əleyhinədir və yaxud onun namizədliyinin qeydə alınmasına hansısa maneə yaratmağa çalışır. Bu belə başa düşülməməlidir. İsa Qəmbərin günahı yoxdur ki, bu gün Milli Şura Rüstəm İbrahimbəyovun prezident seçilməsi istiqamətində hər hansı fəaliyyət göstərmək iqtidarında deyil.  Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyasının mövqeyinə normal yanaşmaq lazımdır. İsa Qəmbəri bu mövqeyinə görə sıxışdırmaq lazım deyil”.

R. Manaflı qeyd edib ki, Milli Şuranın vahid namizədinin qeydə alınması uğrunda bütün mexanizmlərdən istifadə etməlidir, amma bu proses seçkiləri boykotla nəticələnməməlidir: “Seçkilərə 2 ay vaxt qalıb. Müxalifət daha da fəal olmalıdır. Lakin indi Milli Şuranın prezident seçkiləri ilə bağlı fəaliyyətində ətalət görünür. Mili Şura daha fəal olmalı və müxalifət heç bir halda bu seçkilərdən kənarda qalmamalıdır”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->