Avstraliyada "Karib dənizinin quldurları" filminin növbəti beşinci hissəsi çəkilir.
ANS PRESS-in məlumatına görə, filmin yeni hissəsi "Ölülər nağıl danışmırlar" adlanır.
Filmdə baş rolu yenə də Conni Dep oynayacaq. Onun personajı Poseydonun üçbaşlı əsasının axtarışına çıxacaq. Əsaya sahib olacaq şəxs dənizlərin hökmdarı olacaq. C.Depin filmdə rəqibi kapitan Salazar rolunu oynayacaq Xavyer Bardema olacaq.
Filmdə, həmçinin Orlando Blum da yer alacaq. Filmin rejissoru Yoahim Ronninq və Espen Sandberqdir. Beşinci hissəsinin premyerası 2017-ci il iyulun 7-nə təyin edilib.
Qaynar.info
Şərhlər