Kaspersky şirkəti istifadəçilərin uzun müddətdir gözlədiyi layihəni həyata keçirib.
"Qaynarinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin direktoru Yevqeniy Kasperski yayıb. Belə ki, Kasperski şirkəti artıq "Kasperski Free" adlı pulsuz antivirusu istifadəyə buraxacaq. Direktor layihənin əsas məqsədinin hər kəsin antivirus proqramından istifadəsinin təmin edilməsi olduğunu bildirib.
"Bəzi istifadəçilər sırf ödənişli olduğu üçün antiviruslardan istifadə edə bilmir və "Microsoft Windows Defender" yükləməli olurdular. Bu isə təhlükəsizliyi tam təmin edə bilmirdi", deyə E. Kasperski əlavə edib.
Hazırda "Kasperski Free" Ukrayna, Rusiya və Çində sınaqdan keçirilib və istənilən nəticə əldə olunub. Yaxın günlərdə proqram ABŞ-da istifadəyə veriləcək.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər