Siyasət 16:28 04.09.2013

"Köçəri Nağıbəylinin dedikləri araşdırılmalıdır" - VURĞUN ƏYYUB

“Rüstəm İbrahimbəyovun fikrinə hörmətlə yanaşıram. O, hər halda ehtimalları nəzərə alıb. Belə bir məsələ var: İlan vuran ala çatıdan qorxar”.

Bunu Qaynar.info-ya Müsavat Partiyasının Divanının üzvü, Milli Şuranın üzvü Vurğun Əyyub Rüstəm İbrahimbəyovun və Köçəri Nağıbəylinin ReAl sədri İlqar Məmmədova dəstək açıqlamalarına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Milli Şura sona qədər Cəmil Həsənliyə dəstək verəcək: “Hazırda Milli Şuranın vahid namizədi Cəmil Həsənlidir. Onun prezident seçilməsi üçün Milli Şura əlində gələni edəcək”.


V.Əyyub bildirib ki, Köçəri Nağıbəylinin İlqar Məmmədovu dəstəklədiyi ilə bağlı dedikləri araşdırılmalıdır: “Milli Şuranın vahid namizədi müəyyənləşdiriləndə Cəmil Həsənliyə səs verən bir şəxsin bu cür fikir söyləməsi araşdırılmalıdır. Doğrudan da, belə deyibsə, araşdırma aparmaq lazımdır”.

Qeyd edək ki, bir neçə gün öncə Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində demişdi ki, Cəmil Həsənlini namizədliyi qeydə alınmasa, ReAl sədri İlqar Məmmədova səs verəcək. "El" Hərəkatının sədr müavini Köçəri Nağıbəyli də buna oxşar açıqlama verib.

İlkin
Qaynar.info