“Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovun Aktual.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Tahir müəllim, Siz həmişə intellektual yumorla fərqlənibsiz. Son zamanlar insanların bayağı yumora meyilliliyi daha çox hiss olunur. İndi yeni yumor qəhrəmanları peyda olub və televiziyalar da onların təbliğatı ilə məşğuldular. Bu barədə nə deyə bilərsiz?
-Bunun cavabını Təhsil Nazirliyinin keçmiş rəhbərliyində tapmaqlazımdır. Onların fəaliyyəti nəticəsində təhsil sistemi iflicvəziyyətinə düşüb. Təbii, intellekti aşağı olan bir tamaşaçının yəqinki, daha çox bayağı yumora, müsiqiyə meyli olar, nəinki intellektliyumor və səviyyəli musiqiyə. Təəssüflər olsun ki, təhsil sistemi çoxbərbad vəziyyətdədir. Və mən indiki cənab nazirə yalnız səbr diləyəbilərəm. Çünki bunu aradan qaldırmaq çox çətin işdir. Tamaşaçının,cəmiyyətin intellektual səviyyəsini yüksəltməsi çox çətin məsələdir.Çünki 18 il ərzində insanların intellektual səviyyəsi çox aşağı düşüb.İndi televiziyalarda bayağı verilişlər populyarlıq qazanıb.
Ümumiyyətlə,bayağılıq, təəssüflər olsun ki, cəmiyyətimizdə hökmranlıq edir. Ölkəteleviziyalarının hamısını bağlamaq lazımdır. Biabırçılıqdır, sadəcə.Bir az əvvəl dövlət radiosuna qulaq asırdım, Azərbaycan dilində duzgundanışa bilməyən insanları efirə buraxırlar. Əvvəllər belə şey olmayıb.Bu, Azərbaycan dilinə qarşı cinayətdir. Hər bir millət öz dilinəhörmətlə yanaşmalıdır. Ölkənin adını düzgün çəkə bilmirlər, “Azərbaycan”yerinə “Azerbican” deyirlər. Mən bilmirəm, bunu siz necə yazacaqsız.Bu, artıq cinayətdi. Yenə deyirəm, tək bayağı yumora yox, bayağımusiqiyə, bayağı verilişlərə üstünlük verirlər.
-Siz hər hansı problemlə bağlı iradınızı həmişə deyibsiniz. Ölkətelekanallarına da qarşı iradlarınızı bildirdiniz. Bəs, sizə hansısaTV-dən tənqid, yaxud efir qadağası olub?
-Misalçün, Lider televiziyası 2002-ci ildən bizə qadağa tətbiq edib.Əlbəttə ki, siz onlara zəng etsəz, onlar diplomatik şəkildə deyəcəklərki, yox, nə danışırsız, Tahir İmanovun başı işləmir, ağzına gələnidanışır, deyəcəklər. Onlar ölür intriqa üçün. 2007-ci ildə məni və bütünkollektivimizi təhqir eləmişdilər. Guya biz səviyyəsiz yumor göstəririkvə bizim kimi səviyyəsiz kollektivi Heydər Əliyev sarayı, Opera vəBalet Teatrı kimi yerlərə buraxmaq olmaz. Nə oldu, indi biz səviyyəsizolduq? Ölkə başçısı konsertlərimizə gələndə biz səviyyəli idik, indiyiyəsiz qalmışıq deyə tapdalamaq lazımdır bizi? Ayıb deyilmi sizə?Qaldı, mən "Lider" kimi telekanala buraxılmamağıma görə xoşbəxt insanam.
Mən müxalifətçi olsaydım, iqtidar nəşrlərinə, saytlarına açıqlama verməzdim
-“Yeni Müsavat” qəzetinin əməkdaşı sizdən müsahibə götürmək istəyib.Amma "mən müxalifət qəzetinə müsahibə vermirəm" - demisiz. Bu nədərəcədə düzgün yanaşmadır?
- Bəli, demişəm.Bu mənim haqqımdır, mən demokratik ölkədə yaşayıram. Sizin də qərarqəbul etməkdə haqqınız var. Bu, cinayət deyil ki?! Bu mənim seçimimdirvə mən öz seçimimi etmişəm.
-Tamaşalarınızda ölkədəki çatışmazlıqları xüsusilə vurğulayırsız. Bu,siyasi əqidəsindən asılı olmayaraq, insanlarda sizə qarşı daha çoxrəğbət oyadır. Hətta, müxalifətdə də sizi bəyənənlər az deyil, çünkibəzən elə onların fikirlərini incə yumorla ifadə edirsiz. Amma müxalifətqəzetinə müsahibə vermirsiz...
- Mənim özmövqeyim var. Mən çalışmışam ki, həmişə bir əqidəyə qulluq edim. Mənimçox az yaxın dostum var. Çünki eyni əqidəli dostlar dairəsini tapmaq çoxçətindir. Əgər sənin zövqü, həyat tərzi, siyasi baxışları müxtəlif olanbir çox dostun varsa, onda sən kişilikdən uzaq birisisən.
- Bu o qədər də məntiqli deyil axı?
-Xeyr. Mənim öz əqidəm, öz prinsiplərim var. Bu mənim şəxsi işimdi. Mənbu dövlətə və dövlətçiliyə xidmət edirəm. Mən Heydər Əliyev kursunaxidmət edirəm. Tək mən yox, bütün "Bakılı oğlanlar" bu əqidəyə xidmətedir. Mən cənab prezidentə qulluq edirəm. Dəfələrlə qeyd eləmişəm ki,cənab prezidentimiz bizim ən çətin vaxtlarımızda bütün KVN-çilərə dəstəkolub. Biz yenə də onun dəstəyini hiss edirik. Mən bunu karyeramdakıhansısa irəliləyişə görə demirəm. Biz, onsuz da, bütün zirvələri fəthetmişik. Xahiş edirəm, bunu Aktual.az-da belə də yazın. Mən istəmirəmki, hansısa bir müxalifətçi ilə münasibətə görə bu əlaqələr pozulsun,çünki mən beləyəm. Və əgər mən müxalifətçi olsaydım, iqtidar nəşrlərinə,saytlarına açıqlama verməzdim. Mən bu həyatda ancaq birtərəfli dostluğuseçirəm. Ya bir tərəflə dostluq edirəm, ya da ümumiyyətlə, dostluqeləmirəm.
- "Lider" TV də sizin kimihakimiyyətin siyasi kursunu dəstəkləyir. Amma onlar sizi efirəburaxmırlar. Bu nəylə bağlı ola bilər?
-Mən düşünürəm ki, burada "Lider" TV-nin işçilərindən söhbət getmir.Orada istedadlı uşaqlar çoxdur. Mən onları da qınamıram, onlara əmrverilir ki, get “Parni İz Baku”nu təhqir elə! Onlar da, sadəcə,icraçıdırlar. Bu məsələ isə çox asan yolla həll olunur. Sadəcə, üzristənilir və aradakı inciklik bitir. Amma onlar bunu eləməzlər, çünkiüzr istəmək, bu başqa sort insanlara məxsusdur. Üzr istəmək də heç vaxtqəbahət sayılmır. Sadəcə, öz nöqsanlarını etiraf etməkdir.
Məmurlar bizi tapdalayır, təhqir edir, hədə-qorxu gəlirlər
- Bəs digər TV-lərlə durum necədir?
-ANS-ə getmirik. ANS də bizi təhqir eləyib. Mirşahin müəllimlə bu haqdadanışmışdım. Özü ilə çox gözəl münasibətim var. Amma nə bilim, onlar daheç üzr istəməyiblər. Onlar bizim haqda çox nalayiq süjet vermişdilər.
Bilirsiz,problem nədədir? Mən onlara qarşı etiraz kampaniyası aparmıram, çünkibu mənim prinsiplərimə uyğun deyil. KVN-çilər ömür boyu, eyni səpkidə,eyni istiqamətdə çıxış ediblər. Bu səpkinin adı çox sadə, lakonikdir -satira janrı və cəmiyyətdə baş verən nöqsanları yumor prizmasındantənqid etmək, parodiyalar və s. Bu istiqaməti biz 95-ci ildən ilkkonsertimizdə seçmişik və indiyə kimi bu yolla gedirik. Dəyişilən ancaqbir şey olub ki, vaxtilə konsertimizə ölkə başçısı, nazirlər gəlirdilər,indi gəlmirlər.
Qaldı mənim onlara bir sualımvar - ümummilli liderimiz Heydər Əliyev konsertlərimizə gələndə niyəsusurdunuz, bizi tənqid etmirdiniz? Guya problemimiz yox idi onda? Mənsizi inandırım, o vaxt bizdə çox nöqsanlar var idi, çünki cavan vətəcrübəsiz idik. Sonradan bu nöqsanları aradan yığışdırdıq vəçıxışlarımız daha da mükəmməl oldu. Amma siz onda danışmırdız. Bax, ondada danışıb, bizə qadağa qoysaydınız, mən indi bu qadağalaratəəccüblənməzdim, etirazımı bildirməzdim. Burda bir problem var - bizyiyəsiz qalmışıq. Bu dəqiqə yoldan keçən müğənni, tamaşaçı bizitapdalamağa başlayır. Məmurlar bizi tapdalayır, təhqir edir, bizəhədə-qorxu gəlir, televiziyalar qadağa qoyur. Bax, vəziyyət belədir.
Hər məmurun 15 mühafizəçisi var
- Həmin məmurların icra etdikləri vəzifələr maraq doğurur...
-Mən ad çəkmək istəmirəm, bu bizim adımıza, sanımıza yaraşmaz. Biz okişilərdən deyilik ki, KİV-də adamın dalınca danışaq. Nə lazımdır,görüşəndə üzünə deyəcəyik. Buna siz də, aktual.az -ın oxucuları da taməmin ola bilərsiz, mən o insanlardanam ki, sözü üzə deyirəm, Allahdanbaşqa heç kimdən qorxmuram. Görsəm, mütləq üzünə deyəcəm. Sadəcə, etirafedim ki, görmürəm, çünki indi hər məmurun 15 mühafizəçisi var. Əsasgirişi qoyub, öz binalarına arxa girişdən girirlər, yəni onları tapmaqmüşkül məsələdir. Məmurların qəbuluna düşmək çətindi. Gəlin etiraf edəkki, qabaqlar belə deyildi.
- Dediniz mügənnilər də sizi hədələyib?
-Sonuncu dəfə Telli Borçalı adlı birisi bizi hədələmişdi. Mən ona tamambaşqa məqsədlə zəng edib verilişimizə dəvət eləmək istədim. O da birildən sonra başladı bizə hədə-qorxu gəlməyə - nə bilim, məni parodiyaedən oğlanı belə edərəm, elə edərəm. Əlbəttə ki, bunlar boş sözlərdi.Heç nə edə bilməzlər. Çünki, hər bir aktyorun arxasında mən durmuşam. Mən və qanun durub. Azərbaycan Respublikasının qanunvericiliyi var.Əlbəttə ki, dövlətçiliyimiz, ölkə başçısı da durub. Burda qeyri-qanunibir şey etsələr, bu, artıq cinayətdir. Bunu özünüz yaxşı bilirsiz.Bunlar ancaq sözlə deyə bilərlər. Çünki biz tənqidlə, təhqirin nəolduğunu yaxşı bilirik və onlar arasında sərhədi müəyyənləşdirə bilirik.Bizə cinayət işi də aça bilməzlər, şükürlər olsun ki, bizim ölkədəparodiyaya cinayət işi açılmır.
- Sonuncu"Analoqu Olmayan" olmayan konsertiniz sosial şəbəkələrdə geniş marağa vəmüzakirələrə səbəb olub. Fikirləriniz maraqlı olar...
-İndi əsas məsələ o videonu halallıq almadan Yutuba yerləşdirən adamıtapmaqdı. Sosial şəbəkədə onu yerləşdirən şəxsə deyirəm ki, o kişidirsə,məni tapıb cavabını verəcək. Onu halallıq almadan yerləşdirmək ənazından nakişilikdir. Camaat əziyyət çəkir, kinoteatrda onu verir, birtikə çörək qazansın, bunlar da götürüb nakişiklik edirlər. Bu Yutubdaolan video mənim fəaliyyətimə çox böyük zərbə vurdu. Mən bunu gizlisaxlayıram ki, camaat gəlsin ora, biletini alsın. Onlar da götürüb bunuYutuba qoyurlar. Olmaz axı belə. Mən bunu kinoteatrda nəyə görəgöstərirəm? Oğurluq olmasın və bu, piratçılığa qarşı mübarizə üsuludur.Yaxşı videonu qoyarlar maksimum 5 dəqiqə, daha 20 dəqiqə olmaz axı.
-Konsertdə millət vəkillərini və dövlət məmurlarını parodiya etmisiz.Bununla bağlı cəmiyyətə vermək istədiyiniz mesaj maraqlıdır, yəni buparodiya etdiyiniz şəxslərə sözünüz...
-KVN-nin incəliyi də elə ondan ibarətdir ki, tamaşaçı və tənqid atəşinəməruz qalan insan özü üçün bir nəticə çıxarsın. Bir sözlə, bu sənətəqiymət verən, baxan, izləyən hər bir kəs - həm tamaşaçı, həm obrazlarınqəhrəmanı özüyçün bir nəticə çıxarmalıdır. Bilirsiz, tamaşaçılarınzövqünə, intellekt səviyyəsinə uyğun olaraq hərəsində müxtəlif təəssüratyaranır. Biz istəyirik ki, onlar istənilən səhnəciyə baxanda bizimgöstərdiklərimizdən düzgün nəticə çıxarsınlar. Və çalışsınlar ki, bir dəo səhvlər olmasın. Çünki o səhvlərdən ilk növbədə cəmiyyət əziyyətçəkir.
Biz çalışmalıyıq ki, Azərbaycanın rifahına və inkişafına töhvə verək.
-Sonuncu konsertlə bağlı ancaq Yutubda yerləşdirilən videodan sözaçdınız. Amma yəqin ki, konsert proqramında digər maraqlı səhnələr dəolub.
- Konsertimiz 3 saat davam edib vəmüxtəlif səhnələr göstərilib. Həmişə olduğu kimi, cəmiyyətdə baş verənproseslərə mövqeyimizi bildirmişik. Ənənəyə sadiq qalaraq televiziyalarıda tənqid eləmişik. Televiziya kanallarında həm bayağı verilişləri, həmdə normal demək olarsa (gülür), həmin verilişləri də tənqid etmişik.Müğənniləri də parodiya eləmişik.
Qaynar.info
Şərhlər