Xəbər lenti

"Microsoft"dan xüsusi endirim kampaniyaları
Ekonomiks 16:54 18.04.2013

"Microsoft"dan xüsusi endirim kampaniyaları

2014-cü ildə texniki dəstəyin başa çatması səbəbindən "Windows XP" və "Office 2003"-ün yeni versiyalara keçidi ilə bağlı "Microsoft" şirkəti kiçik və orta biznes üçün xüsusi təklifini bəyan edib. 

Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Belə ki, "Windows 8 Professional Upgrade" və "Office Standard 2013" məhsullarını birlikdə alan müştəri lisenziyanın dəyərindən 15%-lik endirim əldə etmiş olur. Xüsusi qiymətlərdən 5-dən 249-dək lisenziya əldə edən kiçik və orta biznes, dövlət təşkilatları aprelin 1-dən iyunun 21-dək faydalana bilərlər.

Təklif "Open License" üzrə proqramlara, eyni zamanda, endirimli lisenziyanın alınması, yeniləşdirmə lisenziyası (Upgrade), "Software Assurance", "Software Assurance", "Upgrade Software Assurance" lisenziyalarına şamil edilir. Kampaniyada "SA-only" lisenziyaları iştirak etmir,

Təklif bütün kommersiya və hökumət (akademik istisna olmaqla) təşkilatlarına aiddir.

Xüsusi təklif haqqında ətraflı məlumat: https://mspartner.microsoft.com/ru/ru/Pages/Sales%20and%20Marketing/special-offers/modernization-course-offer.aspx

"Upgrade" lisenziyası isə öncədən "Windows Professional" (Windows 98-dən Windows 7-yə kimi) lisenziya versiyası yüklənmiş kompüterlər üçün etibarlıdır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->