UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Qazaxıstanın “Şaxtyor” klubu Hollandiyanın “Seltik” komandasına, "Real Soseydad" isə "Lion"a 2:0 hesabı ilə qalib gəlib. Portuqaliyanın “Pakos de Fereyra” klubu öz meydanında “Zenit”ə böyük hesabla uduzub - 1:4. PSV “Milan”la 1:1 hesablı bərabərə qalıb. “Viktoria” isə “Maribor”u 3:1 hesabı ilə məğlub edib.
Bu gün keçiriləcək beş oyunla pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunları avqustun 27 və 28-də baş tutacaq.
Qaynar.info
Şərhlər