"Neftçi" Naxçıvana azarkeş aparmayacaq?

"Neftçi" Naxçıvana azarkeş aparmayacaq?

"Neftçi" Peşəkar futbol klubunun Mətbuat və İçtimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə saytımıza  Naxçıvan şəhərində baş tutacaq Superkubok oyunu ilə bağlı açıqlama verib. 

Departament rəhbəri komandanın sabah səhər saatlarında Muxtar Respublikaya yola düşəcəklərini bildirib. Təbii ki, barışmaz rəqiblərin oyununa azarkeş marağı da böyükdü. 

Azarkeşlərin də bu matçda iştirakı üçün klubun hansı tədbirlər gördüyünü soruşanda  departament rəhbəri sərt reaksiya verdi: "Kim deyir ki, biz azarkeş aparırıq? "Neftçi"nin Azərbaycanın istənilən bölgəsində kifayət qədər azarkeşi və fanatı var. Biz heç bir səfər qarşılaşmalarına  azarkeş aparmırıq, Superkuboka da həmçinin. Naxçıvanda kifayət qədər "Neftçi" azarkeşi var və onların dəstəyinə arxalanırıq".      

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR