Xalq artisti, müğənni Zümrüd Məmmədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Milli.az-a danışan illərin sənətçisi gec ailə qurduğunu və vaxtilə oğlanların onun üstündə dava saldıqlarını deyib:
"Cavanlıqda o qədər gözəl olmuşam ki, oğlanlar üstümdə dava salıblar. Amma mən sənəti sevdiyim üçün gec ailə qurdum. Bir dəfə yolla gedirdim, dalımca iki oğlan düşmüşdü. Söhbətlərini də eşitdim. Mənə görə mərcə girmişdilər. Biri o birinə deyirdi ki, o qızı tanıyıram, Zümrüd Məmmədovadır, o birisi demişdi ki, yox, Zümrüd deyil. Yaxınlaşıb soruşanda qorxudan dilim tutuldu. Desəydim mənəm, mərcə girən uduzacaqdı. Böyük məbləğdən söhbət gedirdi. Qaçıb oğlanlardan canımı güclə qurtardım, bəlkə də bir kəlmə sözümlə qan düşərdi".
Xalq artisti sənət aləmində paxılarının onun barəsində şayiələr yaydığını da deyib: "O vaxtlar xarici qastrollara gedirdim, buna görə də çox vaxt buradakı konsertlərə qatıla bilmirdim. Camaat yığışıb qırğın edirdi ki, bizə Zümrüd lazımdır. Onu eşitmək istəyirik. Mən sənət aləmində ən incəbel qız olmuşam. Hətta şayiələr də yaymışdılar ki, guya mən belimə nəsə qoyuram ki, incəbel görünüm. Amma paxıllıqdan belə deyirdilər. Gözəlliyimə görə paxıllığımı çəkənlər çox idi. Elə indi də sənət yoldaşlarım deyirlər ki, Zümrüd bu yaşda da gözəlsən".
Qaynafinfo.Az
Şərhlər