Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. İngiltərənin "Çelsi" klubu öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Komandalar arasında İstanbulda keçirilən ilk oyun 1:1 hesablı bərarərliklə başa çatıb.
Digər oyunda isə "Real" (Madrid) "Şalke"ni qəbul edəcək. Almaniyada baş tutan ilk ounda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olar.
Qeyd edək ki 1/8 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
18 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)
23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)
Qaynar.info
Şərhlər