Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsdən Türkiyənin Gəzi Parkı aksiyasına sərt təpki olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış müğənni baş vermiş hadisələrdə hakimiyyəti dəstəklədiyini bildirib. İbrahm Tatlısəs öz “Twitter” səhifəsində aksiya iştirakçılarına mesaj göndərib. İbo mesajından sonra ona olunacaq təzyiqlərə də hazır olduğunu bildirib:
“Arzum budur ki, Türkiyədə heç bir gənc ziyan çəkməsin. Qoy mənə yaltaq desinlər. Burda nə var ki? Kaş əlimdən nəsə gələydi, ancaq dua edirəm. Ananız, atanız var. Ailənizi düşünün, evlərinizə qayıdın. İnanın ki, göndərdiyiniz mesajlar sahiblərinə çatıb”.
Şərhlər