Sənət 11:17 21.04.2014

"Sevgi məktubları"nın imza günü olacaq - FOTO

Aprelin 26-da, saat 12:00-dan 16:00-dək “Zero” kitab evində şair Elçin Mirzəbəylinin “Sevgi məktubları” kitabının imza günü keçiriləcək.

Kitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb.

Kitab “cib kitabı” (60x84) formatında, 1000 tirajla çap olunub. Kitabda ön söz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığı haqqında yazdığı “Bir eşq hücrəsində oxunan dualar” adlı məqaləsindən istifadə olunub. Elçin Mirzəbəyli mətbuata açıqlamasında bildirib ki, Sumqayıtda gənclərlə keçirdiyi görüşdən sonra qərara gəlib ki, yalnız sevgi şeirlərindən ibarət “cib kitabı” hazırlasın: “Mənim “Sevgi məktubları”m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlara ünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini və bu sevgisinə ünvanladığı, bəlkə də heç zaman ünvanına çatmayan “Sevgi məktubları”nı tapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır”.

Qaynar.info