“Qərb ölkələri İranı vurmaq üçün Türkiyəni Liviya və Suriya kimi dağıtmaq istəyirlər”.
Bu fikirləri politoloq Vəfa Quluzadə Türkiyədəki hadisələri Modern.az-a şərh edərkən bildirib.
Quluzadənin sözlərinə görə, Türkiyə artıq Qərbin “qara siyahısı”na salınıb. Bunun əsas səbəbi İranı məhv etmək istəyidir.
“Nümayişlərə baxanda görürsən ki, onların əksəriyyəti Türkiyənin yerli əhalisi deyil, uşaq-muşaqdır. Çoxları tələbələr, uzun saçlılardır. Bu insanları da üsyana qaldıran Qərb qüvvələridir. Onları stabil Türkiyə heç də təmin etmir. Əksinə, Türkiyə parçalansa, orada da xırda vilayətlər yaradıb, onların hamısını İranın əleyhinə yönəltmək olar. Bu danılmaz faktdır ki, Qərb heç vaxt dünyada güc mərkəzlərini istəmir. Ərdoğan öz düşmənini xalqa elan etməlidir. Qərb Türkiyəni Liviyanın, Suriyanın gününə salıb, dağıtmaq istəyir. Qərbin əsas məqsədi Türkiyədə vətəndaş müharibəsinə nail olmaqdır”, -deyə politoloq bildirib.
V.Quluzadə hesab edir ki, Türkiyəni bu durumdan xilas etmək üçün Ərdoğan ya mübarizə aparmalı, ya da istefa verib getməlidir. Politoluqun sözlərinə görə, əks təqdirdə Ərdoğanı Bəşər Əsəd və Qəddafinin aqibəti gözləyir: “Türkiyə vəziyyətdən çıxmaq üçün ilk növbədə NATO-dan çıxmalı, İranla əsgəri müqavilə bağlamalıdır. Bu yolda Türkiyə İranın köməyindən faydalanmalıdır. Türkiyə İranla əlbir olub ölkəsini vətəndaş müharibəsindən xilas etməlidir. Başqa çıxış yolu yoxdur. Yoxsa Ərdoğanın da sonu gözlənilir”.
Qaynar.info
Şərhlər