"Baş vermiş hadisə ilə bağlı Ekolologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılır. Əgər bu işdə qanun pozunutusu aşkarlanarsa, hüquq mühafizə orqanlarına müraciət ediləcək".
Bu barədə Aktual.az-a Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Nazirliyin rəsmisi həmçinin onu da qeyd edib ki, məsələ ilə bağlı Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağına məktub göndərilib.
Xatırladaq ki, sosial şəbəkələrdə ərazidə ağacların kəsilməsini əks etdirən video yerləşdirilib. Sosial mediada kəsilmiş ağacların yerinə bina tikiləcəyi ilə bağlı iddialar səsləndirilib və bu, istifadəçilər tərəfindən böyük narazılığa səbəb olub.
Qaynar.info
Şərhlər