Xəbər lenti

Ölkə 19:28 01.08.2020

"Qurban bayramını Cıdır düzündə qeyd edəcəyik"

"Bu, hərbçilərə olan hörmətin göstəricisidir"

Bunu "MediaPost"a açıqlamasında Qarabağ döyüşçüsü İbrahim Məmmədov deyib.

Onun fikrincə, təlimlərdə iştirak edən şəxsi heyət üçün Qurban bayramı tədbirinin təşkil olunması, eyni zamanda onların təlimlərdə döyüş bacarığına da təsir edəcək:

"Sevindirici haldır ki, Müqəddəs bayramlardan biri olan Qurban bayramı Azərbaycan Ordusu səviyyəsində də qeyd olunur. Bu, hərbi qulluqçularda döyüş ruhunun artmasına, təlimlərdə daha yüksək nəticə göstərmələrinə səbəb olur. Xidmətdə fərqlənənlər də müxtəlif formada həvəsləndirib, hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub. Daim diqqətdə olan Azərbaycan Ordusunun hərbçisinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri də çatdırılıb".

"Mən inanıram ki, yaxın vaxtlarda Qurban bayramını Cıdır düzündə, İsa bulağında qeyd edəcəyik. Hərbi qulluqçusuna daim diqqət göstərən belə bir ordu strukturu ilə o gün uzaqda deyil", - deyə İ. Məmmədov deyib. 

Qeyd edək ki, illik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->