Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması ilə yoxlama oyununu keçirib. Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun debüt oyununda yığmamız Moldova ilə qarşılaşıb.
Oyun azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Mardan" stadionunda buş tutub. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və görüş 0:0 hesabı ilə yekunlaşıb.
Bu Azərbaycan və Moldova arasında 10-cu oyun olub. Millimiz bu rəqiblə oyunlarda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 3 dəfə uduzub. Top fərqində (6:8) geridə olan yığmamızın baş məşqçisi Qurban Qurbanov da vaxtilə rəqib qapısına qol vurmağı bacarıb. O, 2004-cü il martın 31-də Kişinyovdakı qarşılaşmada (1:2) fərqlənib.
Antalya
Yoldaşlıq oyunu
30 yanvar
Azərbaycan - Moldova 0:0
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev (21. Təmkin Xəlilzadə, 61), 5. Maksim Medvedyev, 13. Mahir Mədətov (11. Ramil Şeydayev, 77), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev (K) (28. Cavid İmamverdiyev, 61), 20. Riçard Almeyda (18. Coşqun Diniyev, 84), 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 23//17. Rəhman Hacıyev, 84), 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 8. Bəhlul Mustafazadə, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov.
Baş məşqçi: Qurban Qurbanov.
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Racu, 5. Vyaçeslav Posmaç, 7. Andrey Kojokaru (K), 9. Aleksandru Antonyuk, 22. Anton Rozgonin, 20. Alekdandre Paşenko, 10. Aleksandru Dedov, 19. Maksim Mixaylov, 18. Vladimir Ambros.
Baş məşqçi: Aleksandr Spiridon.
Hakimlər: Hüseyn Göçek, Bahattin Duran, Tarık Ongun, Barış Şimşek (Türkiyə).
"Mardan” stadionu.
Şərhlər