APA-nın hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisənin bəzi təfərrüatları bəlli olub.
Məlumata görə, polisə axtarışda olan şəxslərdən birinin rayona dönməsi barədə məlumat daxil olub. Polis axtarışda olan şəxsin gizləndiyi evə gəlib, lakin evdə bir neçə nəfər olub. Onlar hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına qəflətən hücum ediblər. Nəticədə polis mayoru Qalib Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumata görə, Q. Quliyev ötən il radikal vəhhabi təriqətinə məxsus şəxslərin zərərsizləşdirilməsi üçün keçirilmiş əməliyyatda yaralanıbmış. Daha 3 polis əməkdaşı- Mövlüd Əliyev, Cəmil Nəsirov və Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
APA-nın əməkşdaşı bildirib ki, atışmada polisə basqın edənlərdən zərərsizləşdirilən olmayıb. Onlar hamısı qaça bilib.
Hazırda hadisə yerində istintaq araşdırması başlayıb.
Qusar polisi basqınçıların tapılması üçün əməliyyat tədbirlərini davam etdirir. Rayonun bütün giriş-çıxış yollarına polis postları qurulub, axtarış aparılır.
**
Şərhlər