"Rabitə Bank"ın müddətli depozit portfeli əriyib. Belə ki, 2018-ci ilin 4-cü rübündə bankın müştəriləri 26 mln. 444 min manat məbləğində pulu geri çəkərək bankın müddətli depozitlərini 210 mln. manat 951 min manata endirib.
Qaynarinfo Kommersant.az-a istinadən bildirir ki, "Rabitə Bank"ın depozit faizləri bazardakı digər banklarla müqayisədə çox aşağıdır. Məsələn, bankın fərdi mütərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10%-ə qədərdir. Hətta bu rəqəm bəzi hallarda 10% belə olmur. Bundan başqa bankın ən aşağı əmanət faizi "Uşaq yığım əmanəti"dir ki, bu da 5%-ə dək hesablanır və yenə də demək olar 5%-i ötmür.
"Rabitə Bank"ın il ərzində qeyri-faiz gəlirləri 4 mln. manata yaxın azalıb. Təbii ki, pullarını kreditə yatıran bank, kredit portfelini 83 mln. manatdan çox artırıb. Yəni bankın BOKT kimi fəaliyyət göstərməsi hesabatına da öz təsirini göstərib.
Şərhlər