Təşkilatçı-prodüser Nahid Emiloğlunun ölümü türkiyəli müğənni Rafet El Romanı da kədərləndirib.
"Qafqazinfo” xəbər verir ki, ifaçı İnstaqram hesabında N.Emiloğlu ilə fotosunu paylaşaraq ailəsinə başsağlığı verib:
"Azərbaycanda bir çox konsertimizi təşkil edən dostum Nahid Emiloğlu dünyasını dəyişib. Allah rəhmət etsin. Ailəsinə və yaxınlarına başsağlığı diləyirəm”.
Xatırladaq ki, Nahid Emiloğlu noyabrın 1-də ürək çatışmazlığından dünyasını dəyişib.
Şərhlər