Ölkə 22:17 29.05.2018

Ramazanın 14-cü gününün duası

Bu gün Azərbaycanda Ramazan ayının 13-cü günüdür.

Qaynarinfo-nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 30-da Bakıda imsak saat 03:26, iftar isə saat 20:19-dadır.

14-ci günün duası:

"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.

Tərcüməsi: "İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

Allah orucunuzu qəbul etsin!