Bakıda yeni polis bölməsi yaradılıb.
Yeni fəaliyyətə başlayan 41-ci polis bölməsi Səbayel Rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.
Badamdar qəsəbəsi daha əvvəl 8-ci polis bölməsinin ərazisi olub.
Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.//lent.az
Qaynar.info
Şərhlər