Ölkə 14:18 15.06.2019

Ramil Usubov müavininin qardaşı oğluna vəzifə verildi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər everir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mahir Quliyev 23-cü Polis Bölməsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, M.Quliyev Daxili işlər nazirinin müavini Fazil Quliyevin qardaşı oğludur.