Ekonomiks 11:58 19.01.2022

Ramiz Mehdiyevin maaşı artdı (QƏRAR)

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:



Heydər Əliyev Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşib. Qərara əsasən, Heydər Əliyev Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi müəyyən edilib.



Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin yeni aylıq vəzifə maaşları da müəyyənləşib.


 
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib. Qərara əsasən, həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olacaq:



Qeyd edək ki, qərarda uşaq bağçaları İcra Hakimiyyətinin tabeliyində kimi qeyd olunsa da, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 dekabr 2021-ci il tarixindən etibarən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.
 
Atatürk Mərkəzi işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib. Qərara əsasən, mərkəz işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:


Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?