Rasim Balayev əməliyyat olundu: 4 ay sonra Türkiyəyə qayıdacaq

Rasim Balayev əməliyyat olundu: 4 ay sonra Türkiyəyə qayıdacaq

"Çox ağır əməliyyat keçirdim”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. 

O bildirib ki, əməliyyatı Türkiyədə aparılıb:

"Boynumda böyük problem vardı. Ağrılar çox idi. Təcili Türkiyəyə getdim. Müayinə etdilər, dedilər, əməliyyata ehtiyac var. Əməliyyat olundum, artıq bir həftədir Bakıdayam. Bir az ağrılarım var. Gəzə bilmirəm. Ancaq ev şəraitində oluram”.

Rasim Balayev qeyd edib ki, həkimlər ona 4 aydan sonra müayinə olunmaq üçün Türkiyəyə qayıtmasını məsləhət görüb.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR