Xəbər lenti

Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Ölkə 11:24 05.05.2026

Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin qəbirüstü abidəsi 40 mərasimdən sonra qoyulacaq.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov deyib. 

O, Rasim Balayevin qəbirüstü abidəsinin dövlət tərəfindən hazırlanacağını vurğulayıb:

"Əvvəllər qəbirüstü abidəni 40 mərasiminə kimi qoyardılar. Amma son illər bu tarix dəyişib, indi il mərasiminə kimi qoyulur. Rasim müəllimin də qəbirüstü abidəsi il mərasiminə kimi qoyulacaq".

Xatırladaq ki, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev uzun sürən xəstəlikdən sonra mart ayının 29-da dünyasını dəyişib. May ayının 9-da onun 40 mərasimi keçiriləcək.

Bahar Rüstəmli
--> -->