Xəbər lenti

Rayonlara gediş-gəliş qadağası avqustun 31-dək qüvvədə qaldı
Ölkə 16:44 03.08.2020

Rayonlara gediş-gəliş qadağası avqustun 31-dək qüvvədə qaldı

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Həmçinin xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması  (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) barədə qərarın da müddəti 31 avqustadək uzadılıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->