Xəbər lenti

Ekonomiks 14:22 02.04.2020

Real neft bazarı ilə fyuçers bazarı arasında ciddi uçurum: Qəribə vəziyyət (TƏHLİL)

"Neftin qiymətinin 27,83 dollara yüksəlməsinin səbəbi Amerika, Rusiya və Səudiyyənin neft bazarını sabitləşdirmək haqqında  konsultatsiyalarına bağlıdır".  

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli iyun Brent fyuçerslərinin qiymətinin bir barel üçün 27,83 dollara yüksəlməsini şərh edərkən deyib. Onun fikrincə, investorlar ümid edirlər ki, iyun ayına kimi bu proses yekunlaşar:

"Neft bazarında maraqlı bir vəziyyət var. Hazırda iyun ayının fyuçerslərinin satışa çıxarılması başlanılıb.  Real neft bazarı ilə fyuçers bazarı arasında ciddi uçurum yaranıb. Əvvəllər neftin qiyməti müqavilə bağlanan gün dünya bazarlarında olan neftin qiyməti ilə uyğunlaşdırılırdı. İndisə real neftin qiyməti birjalardakı neftin qiymətindən kəskin şəkildə fərqlənir. Bazardakı birjalarda Brend markalı neftin qiyməti 26 dollardır və bütün markalar da buna uyğunlaşaraq satılırdı. Amma bu gün tankerlərlə satılan neftin qiyməti xeyli aşağı düşüb. Hətta bir çox ölkələrin nefti hardasa 20 dollardan da çox aşağı enib. Çünki ölkələr çox böyük endirim kampaniyası keçirirlər ki, real neft sata bilsinlər. Anbarlarda yer yoxdur. Dünyada neftin istehlakı kəskin azalıb".

Natiq Cəfərli qeyd edib ki, dünya bazarlarında təqribən 20-25 milyon barel istifadə olunmamış neft qalır: 

"Dünyada neftin istehsalı hər gün təqribən 98 milyon bareldir. İndisə bu rəqəm 60-65 milyona enib. Ona görə də indiki birja qiymətləri ilə real satış qiymətləri arasında kəsik fərq yaranıb. Bu, dünyada nadir görürən hadisədir. Belə vəziyyət 1970-ci ilərdə Ərəb ölkələri ilə Amerika arasında neft böhranı yaşananda olmuşdu. Ondan sonra ilk dəfədir ki, belə hadisə baş verib". 

Qeyd edək ki, aprelin 2-də Brent markalı neftin qiyməti kəskin bahalaşıb. İyun Brent fyuçerslərinin qiyməti bir barel üçün 27,83 dollara yüksəlib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->