Xəbər lenti

Ölkə 15:45 30.04.2024

"Aysel hardadır" dedi, 36 minlik pul və qızılı apardı - Fəridə evlərdən necə oğurluq edib?

Bakıda müxtəlif evlərdən oğurluq edən 30 yaşlı qadına hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Fəridə Hüseynova (soyad şərti) Yasamal rayonu, Bəsti Bağırov küçəsi 6 saylı binada mənzillərin birində oğurluq edib. 

Fəridə binanın 5-ci mərtəbəsinə qalxıb və 14 saylı mənzilin qapısının aralı olduğunu görüb. O, mənzildə heç kimin olmamasından istifadə edərək dolabdan 1000 manat dəyərində, 750 əyyarlı ağ qızıldan hazırlanmış briliant qaşlı qadın üzüyünü və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıldan hazırlanmış qadın üzüyünü oğurlayıb. Mənzildən çıxmaq istəyən zaman hamam otağından bir kişi çıxıb və ondan evə niyə daxil olduğunu
soruşub. Fəridə isə Nərmin adlı xanımı axtardığını, orada yaşayıb-yaşamadığını soruşub və evi tərk edib. 

Fəridə 5 avqust 2023-cü il tarixdə Bakıda qapısı açıq olan başqa bir mənzilə də oğurluğa girib. O, həmin mənzildən ümumilikdə 35910 manat dəyərində (15000 ABŞ dolları və 6500 manat) nağd pul və qızıl-zinət əşyaları oğurlayıb. Mənzilin sahibinin anası Larisa Biryukuva Fəridəni məznildə görəndə ondan niyə evə icazəsiz daxil olmasını soruşub. Fəridə isə oğurluq izini itirmək üçün cavab olaraq "Aysel hardadır" deyib və oranı tərk etmək istəyib. Bu zaman Larisa Fəridəni tutmaq istəyib, lakin təqsirləndirilən şəxs qadını itələyərək evdən qaçıb.

Fəridə hər iki oğurluğu məznillərdə sahibləri yaşaya-yaşaya törədib. Onun oğurluq etməsindən heç kəsin şübhələnməməsinə səbəb Fəridənin üzərində gəzdirdiyi qeyri-standart əl çantası olub. O, oğurluqdan götürdüyü pul və qızılları paltarının altında gizlətdiyi çantanın içinə qoyurmuş. 

Məhkəmənin qərarı ilə Fəridə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə
təqsirli bilinib və 4 il müddətə azadlıqdan məhrum edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->