Xəbər lenti

WSJ: NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır
Dünya 13:17 30.04.2024

WSJ: NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır

NATO-da ən fundamental fərqlərdən biri alyansa üzv ölkələrin təhdidlərə, o cümlədən terrorizmə və Rusiyanın hərəkətlərinə dair baxışlarının uyğunsuzluğudur. NATO planlaşdırıcıları hesab edirlər ki, yaxın gələcəkdə alyansın həmsərhəd üzv dövlətinə "Rusiyanın birbaşa müdaxiləsi” mümkün deyil, lakin alyans yenidən koalisiya ilə müharibəyə hazırlaşmağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) yazır.
 
Üstəlik, yaxın vaxtlara qədər NATO ölkələrinin bəzi hərbi rəsmiləri bildirirlər ki, "Moskva bir neçə ildən sonra hücumu həyata keçirəcək qədər güclü ola bilər”, - nəşr qeyd edir. WSJ yazır ki, NATO qısamüddətli perspektivdə Rusiyanın "yerli rusları buna sövq etməklə və gərginlikdən on il əvvəl Ukraynanın şərqində Kremlin etdiyi kimi, müdaxilə etmək üçün bəhanə kimi istifadə etməklə qonşu ölkələrdə münaqişə yarada biləcəyindən” qorxur.

İndi "bütün koalisiya ilə müharibəyə” hazırlaşmaq yenidən NATO-nun prioritetidir, ona görə də alyansın məqsədi "müttəfiqləri çiyin-çiyinə döyüşməyə hazırlamaq”dır, qəzet aydınlaşdırır. Bu məqsədlə NATO bu il 1988-ci ildən bəri ən böyük "Steadfast Defender” adlı təlimini keçirməyə qərar verib. Təlimlər fevraldan may ayına qədər Avropada keçirilir və alyans ölkələrindən 90 min hərbi qulluqçu iştirak edir. 

Xatırladaq ki, 2023-cü ilin noyabrında Çexiya prezidenti Petr Pavel deyib ki, NATO Rusiyanı Avropa üçün bir nömrəli təhlükə hesab edir. 2024-cü ilin yanvarında Alyansın baş katibi Yens Stoltenberq Rusiya Federasiyasından birbaşa heç bir təhdid görmədiyini söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->