Xəbər lenti

Qazaxıstandan hər il qanunsuz olaraq 16 milyard dollar çıxarılır - Komitə sədri
Dünya 16:27 30.04.2024

Qazaxıstandan hər il qanunsuz olaraq 16 milyard dollar çıxarılır - Komitə sədri

Hər il Qazaxıstandan qanunsuz olaraq 16 milyard dollardan çox vəsait çıxarılır.

Qaynarinfo xəbər verir ki, bunu Qazaxıstan parlamenti Senatının Maliyyə və Büdcə Komitəsinin rəhbəri Sultanbek Makejanov deyib.

"Qazaxıstandan hər il təxminən 16,7 milyard dollar qeyri-qanuni çıxarılır", deyə siyasətçi "Kapitalın qeyri-qanuni çıxarılmasının qarşısını almaq üçün valyuta tənzimlənməsinin həyata keçirilməsi" adlı dəyirmi masada bildirib.

Onun sözlərinə görə, kapitalın qanunsuz çıxarılmasına görə respublika reytinqdə 148 ölkə arasında 11-ci yerdədir.

Komitə sədri bildirib ki, Qazaxıstan iqtisadiyyatı xammal yönümlüdür və respublikanın ixracının əsasını faydalı qazıntılar təşkil edir. Makejanovun fikrincə, bu problem iqtisadi sahədən kənara çıxır və ictimai-siyasi ölçü alır.

Bir gün əvvəl Qazaxıstan Baş Prokurorluğunun aktivlərinin bərpası komitəsi oliqarxlardan ələ keçirilən on milyardlarla tengeni əlavə olaraq dövlət gəlirinə çevirib. Geri qaytarılan vəsait sosial məqsədlərə, o cümlədən daşqınların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->