Respublikaçı Alternativ Partiyasının (ReAl) oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb.
Modern.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bildirilib ki, buna Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin qurultay üçün yer ayımaqdan imtina etməsi səbəb olub.
Təşəbbüs Qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirilib ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq.
Qeyd olunub ki, qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.
Mətbuat konfransında Fransanın, Böyük Britaniyanın, Norveçin, Almaniyanın, Hollandiyanın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin Avropa Şurasının nümayəndəsi iştirak edib.
Mətbuat konfransında qeyd olunub ki, istənilən cavabdan asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək.
Qaynarinfo.Az
Şərhlər