Xəbər lenti

İdman 13:40 09.05.2019

"Real"da 1.5 milyard avroluq müqavilə

"Real" "Adidas" şirkəti ilə yeni müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Klub müqavilənin şərtlərini açıqlamayıb. Amma yerli media "Real"ın bu anlaşmadan 1,5 milyard avro gəlir əldə edəcəyini yazıb.

Qeyd edək ki, "Adidas" 1998-ci ildən "Real"ın forma sponsorudu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->