Xəbər lenti

İdman 20:34 30.01.2018

"Real"dan 111 milyonluq transfer

"Real” transfer dönəminin son günlərində heyətinə yeni futbolçu qatacaq. Qaynarinfo xəbər verir ki, "Kral Klubu" hücum xəttini gücləndirməyə hazırlaşır. 

Belə ki, "Real" "İnter”in forvardı Mauro İkardini heyətinə qatır. Klubların artıq argentinalı forvardın transferini razılaşdırdığı deyilir. Anlaşmaya əsasən, "İnter” bu keçiddən 111 milyon avroluq gəlir əldə edəcək.

İkardinin "Instagram" hesabı vasitəsilə "Vida edə bilmək böyüməkdi. Sağ olun" paylaşımını etməsi də onun yaxın günlərdə İspaniyaya köçəcəyindən xəbər verir.

Mauro İkardi 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" argentinalı forvarda 75 milyon avro qiymət qoyub. 24 yaşlı futbolçu cari mövsümdə 24 rəsmi oyun keçirərək 18 qol vurub və 1 məhsuldar ötürmə edib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->