Xəbər lenti

Rəfaellə Coşqunun toyda xeyir-duası üçün 100 min istədi
Maqazin 18:01 29.07.2019

Rəfaellə Coşqunun toyda xeyir-duası üçün 100 min istədi

"Xeyirli olsun” demək üçün razılıq verirsən. Məclisə gedirsən, görürsən ki, oradakılar içkinin təsirindən artıq foksu itirib. Sən çıxanda iki nəfər qoluna girib və deyir ki, ayə, yekə oğlansan, elə bu? Bəs, bizi güldürməyəcəksiniz?”.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Əməkdar artistlər Rəfael İskəndərovCoşqun Rəhimovun məclislərdə pul qarşılığında iştirak etməməsi barədə deyib.

"MTV Azərbaycan”da yayımlanan "Söhbətsiz” proqramında Müşfiq bununla bağlı başına gələn əhvalatdan da söz açıb:

"Məclislərdəki qonaqlarla problem yaranır deyə, bunu etmirik. Bir gün ağsaqqal bir kişi zəng vurub, Rəfaellə Coşqunun toy məclisində iştirak etməsi üçün təkid edirdi. Axırda dedim ki, ağsaqqal, deməyə utanıram. Biz məclislərə çox baha qiymətə gedirik. Dedi ki, heç olmasa, 10 dəqiqəlik çıxış edin. Dedim ki, yox. Sonra təkid etdi ki, gəlsinlər, bir kəlimə "Xoşbəxt olun” desinlər. Dedim ki, hərəsinə 50 min manat verməlisiniz. Telefonu üzümə bağladı. Bir müddət sonra toyların birində bir kişi Rəfaeli kənara çəkib, onunla danışmağa başladı. Bir də gördüm ki, Rəfael gülə-gülə "Sən bu yaxınlarda bizim toyda xeyir-dua verməyimiz üçün 100 min manat istəmisən. Mənimlə danışan həmin kişi idi. Dedi ki, sizin o müdürünüz qiymətləri aşağı salmasa, acından qırılacaqsınız”.

Müşfiq Rəfaellə Coşquna qoyulan qadağanın səbəbini isə belə izah edib:

"İstəyirəm həm əlçatmaz olaraq qalsınlar, həm də çox yerdə görünməkləri konsert biletlərinin satışına təsir etməsin. Heç bir müğənni 12 gün konsert verə bilməz. Çünki onlar əlçatandır, toylarda görünürlər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->