Xəbər lenti

Rəis inspektorun yazdığı protokolu ləğv etdi (FOTOFAKT)
Ölkə 15:43 24.01.2018

Rəis inspektorun yazdığı protokolu ləğv etdi (FOTOFAKT)

Sürücü Vüqar Əliyev yol polisi inspektorunun onun haqqında səhv qərar çıxardığını iddia edib.

Qaynarinfo xalq.az-a istinadən xəbər verir ki, sürücü Daxili İşlər Nazirinə ünvanladığı məktubla öz günahsız olduğunun sübut edib və barəsində yazılan protoklu ləğv olunmasına nail olub. 

Vüqar Əliyev DYP-nin inspektoru yol hərəkəti qaydasını pozduğuna görə tərtib etdiyi İnzibati Xəta protokoldan şikayət edib. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nüşirəvan Səfərov Vüqar Əliyevə tərtib olunan protokolu ləğv edib. Protokolda qeyd olunub ki, barənizdə tərtib olunmuş İXP əsasında  qəbul olunmuş inzibati xəta haqqında iş üzrə qərar ləğv olunaraq icraatına xitam verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->