Xəbər lenti

Ürək üçün ən təhlükəli spirtli içki və qidalar hansıdır? - Doktor
Sağlamlıq 00:20 23.05.2020

Ürək üçün ən təhlükəli spirtli içki və qidalar hansıdır? - Doktor

Ürək-damar sisteminə zərərli təsir göstərən bir çox məhsul var.

Qaynarinfo xəbər verir ki, bu haqda öz YouTube kanalında kardioloq və tibb elmləri namizədi Anna Koreneviç bildirib.

Koreneviç qeyd edib ki, yalnız qırmızı quru şərab içməyə icazə verilir və o da həftədə 3-4 dəfədən çox olmamaq şərtilə. Yalnız bir və ya iki stəkan şərab içmək olar. Bundan o yanası həddi aşmaqdır. Ürək üçün ən təhlükəli spirtli içkiyə gəlincə, bu pivədir. Bunun səbəbi köpükdə kobaltın çox olmasıdır. Pivə qanda karbon qazının səviyyəsinin artması səbəbindən hormonal pozulmalara və damarların varikoz genişlənməsinə səbəb olur.

Ümumiyyətlə, Koreneviç şəkəri ürək üçün ən təhlükəli məhsul hesab edir. Sürətli karbohidratlar olan bütün qidalar - ağ çörək, tortlar, uzun düyü, müxtəlif şirniyyatlar da təhlükəlidir. Bunlar hamısı yüksək qlisemik indeksli qidalardır. Əvvəllər əcdadlarımız yetişdirdikləri ət və tərəvəzləri yeyirdilər, indi isə yemək siyahımız dəyişib, həm də üzü pisə.

Sağlamlığınızı yaxşılaşdırmaq üçün tortlardan, dondurmalardan, fri kartoflardan, cipslərdən, şirniyyatlardan imtina etməlisiniz. Əla növ undan olan çörəyi kobud üyüdülmüş undan bişirilmiş və ya kəpəkli çörəklə əvəz edin. Duz təhlükə mənbəyidir, buna görə duza ehtiyac yoxdur, duz bir çox məhsulda onsuz da var. Fast-food, kolbasa və yarımfabrikat qidalarında olan trans yağlar da insanlar üçün zərərlidir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->