Xəbər lenti

Çörək ucuzlaşdı, un bahalaşdı - RƏSMİ
Ekonomiks 17:12 14.04.2014

Çörək ucuzlaşdı, un bahalaşdı - RƏSMİ

 Ötən ay ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. 

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb. 

Ay ərzində qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, yumurtanın, göyərtinin, çuğundurun, kökün, kartofun, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, buğda ununun, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, balqabağın, soğanın, sarımsağın, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->