ARB TV-nin "Show news” verilişinin növbəti qonağı məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) olub.
Rəmiş, həyat yoldaşını özü ilə bərabər efirlərə çıxardığı üçün onu qınayanlara səslənib:
"Mənim alnım açıqdır. Öz həyat yoldaşıma bələdəm, 6-cı sinifdən mənim sevgilim olub. Qoy o adamlar nigaran qalsınlar ki, ilk sevgisi, məktəb sevgisi olur. Amma bu uşaqlıqdan elə mənim tərbiyəmlə böyüyüb. Ona görə həyat yoldaşımı alnı açıq hər yerə aparmağa ixtiyarım çatır”.
Şərhlər