Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun eşqə düşüb.
Axşam.az-ın məlumatına görə, son vaxtlar Aysunun türkiyəli ifaçı Ozan Koçerin şəkillərini paylaşaraq onun ünvanına təriflər yağdırması diqqətdən qaçmayıb.
Ötən gün isə gənc modelyer Ozanın adını əlinə döymə etdirib. Ozan fotonun altından “Məncə super olub” deyə yazıb. Aysun Ozana “Təşəkkür edirəm birdənəm” deyə cavab verib.
Modelyer onu bu addımına görə qınayanlara da cavab verib:“Mənim səhifəmdə sevdiyim müğənnini pisləməyin. Mən Ozanı çox sevirəm. Məni çox istəyirsinizsə, belə şeylər yazmayın”.
Qeyd edək ki, Aysun və Ozanı R. İsmayılova tanış edib. Rusiyada eyni məclisdə çıxış edən Rəqsanə və Ozan orada dostlaşaraq, işbirliyi quracaqlarını deyib.
Ozanla telefonla danışan Aysun “Səninlə danışdığım an dünya mənim oldu. Çox şanslıyam. Özümü saxlaya bilməyib ağladım” deyərək təəssüratlarını İnstaqramda yazıb.
Qaynar.info
Şərhlər