Ölkə 10:57 03.10.2017

Rəşad Dağlının bıçaqladığı deyilən həmkarı danışdı (YENİLƏNİB)

09:56

Məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb.

"Qaynarinfo"nun ölkə.az-a istinadən məlumatına görə, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnir.

Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.

10:57

Ölkə mətbuatında tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) həmkarı Rüfət Nasosnunu (Kərimov) bıçaqlaması barədə xəbər yayılıb.

"Qaynarinfo" xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Rüfət Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib.

“Bu, yanlış xəbərdir. Keçən dəfə də Vüqarla dava etdiyimi yazmışdılar. Rəşad mənim dostum, qardaşımdır. Biz bir yerdə çörək kəsirik”, – deyə o bildirib.

Qaynarinfo.Az