Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…” (VİDEO)
Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.
Yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:
"Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər