Xəbər lenti

Rəsmi göstəricilər açıqlandı: dekabr ayında bankların vəziyyəti necə olub?
Ekonomiks 21:36 02.02.2018

Rəsmi göstəricilər açıqlandı: dekabr ayında bankların vəziyyəti necə olub?

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin dekabr ayı üzrə bank sektorunun icmal göstəricilərini açıqlayıb.

Qurumdan verilən məlumata görə, 31 dekabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27,921.0 mln. manat, cəmi öhdəlikləri isə 24,211.8 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3,709.2 mln. manat, əhalinin əmanətləri isə 7,542.5 mln. manat olub. Dekabr ayında əhalinin əmanətləri 2.7% və ya 195.9 mln. manat artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,171 nəfər təşkil edib. Dekabr ayında  sektorda filial  və  ATM  sayının azalması əsasən "Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. "Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.

31 dekabr 2017-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->