Xəbər lenti

Restoranlarda verilən kirpi əti ölkədə kirpilərin azalmasına gətirib çıxara bilərmi?
Ölkə 20:17 01.08.2018

Restoranlarda verilən kirpi əti ölkədə kirpilərin azalmasına gətirib çıxara bilərmi?

Avropa mədəniyyəti bir sıra sahələrdə olduğu kimi, mətbəximizə də yol açıb. Son araşdırmalar nəticəsində bəlli olub ki, ölkə restoranlarında, xüsusilə də paytaxt restoranlarında müştərilərin arzusuna uyğun olaraq kirpi əti təklif edilir.

Bəs restoranlarda verilən kirpi əti ölkədə olan kirpilərin azalmasına gətirib çıxara bilərmi? Trend-in bu sualına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ümumiyyətlə restoranlarımızda verilən kirpi əti adi kirpi növü deyil, xaricdən gətirilən oxatan kirpilər növünə aiddir.

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov isə Trend-ə bildirib ki, ölkədə olan xırda kirpilərin sayında azalma müşahidə olunmur:

"Azərbaycan ərazisinin 10%-dən çoxu xüsusi mühafizə olunan təbiət ərazisidir. Həmin heyvanlar kifayət qədər qapalı şəraitdə qorunur və onların sayına ümumiyyətlə təhlükə yoxdur. Restoranlara verilən kirpilər isə yerli kirpilərə aid deyil”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->