Dünya 15:15 18.01.2022

Reuters: “Rusiya işğalı” olarsa, ABŞ Ukraynaya öldürücü silahlar verəcək

Rusiya Ukraynanı işğal etmək qərarına gələrsə, ABŞ Ukraynaya öldürücü silahlar verəcək. 

Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, bunu brifinqdə demokrat senator Riçard Blumental deyib.

O, Vaşinqtonun "çox ağrılı iqtisadi sanksiyalar” tətbiq edəcəyinə söz verib: "Daha önəmlisi, biz Ukrayna xalqına həyatlarını müdafiə etmək üçün lazım olan öldürücü silahları verəcəyik. Bu Javelin və ya Stinger, yoxsa atıcı silahlar və ya qayıqlar olacaq - Rusiya bunun əvəzini ödəyəcək, bunun nəticələri olacaq", - Blumental deyib. Onu demokrat senatorlar Emi Klobuşar və Cin Şahin dəstəkləyib.

Blumental həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın işğalı halında ukraynalıların necə cəsarətlə döyüşəcəklərini lazımınca qiymətləndirməməklə "karyerasının ən böyük səhvini edir”.

Eyni zamanda, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də bir gün əvvəl qeyd etmişdi ki, Böyük Britaniya Ukraynanı yüngül, tank əleyhinə, müdafiə silahları ilə təmin edəcək. Qərar "Rusiyanın getdikcə daha çox təhdidedici davranışı fonunda və davamlı dəstəkdən əlavə olaraq” qəbul edilib. Onun sözlərinə görə, az sayda britaniyalı personal Böyük Britaniyaya qayıtmazdan əvvəl ORBİTAL əməliyyatı çərçivəsində qısa müddət ərzində ilkin təlim keçəcəklər.

Alpər