Reytinq rekordmeni olan serial ARB-də (VİDEO)

Reytinq rekordmeni olan serial ARB-də (VİDEO)

ARB TV yeni mövsümə həm yerli, həm də xarici seriallarla gəlir.

Ötən mövsüm maraqla izlədiyiniz "Uçurum” bu mövsüm də sizin diqqətinizi çəkməyə iddialıdır. Bu dəfə siz ekranda tam fərqli "Uçurum” izləyəcəksiniz.

Belə ki, universitet illərində Sevda və Ayazla bir qrupda oxuyan Əsmərin Ayazla yaxın münasibəti olur. Validenyləri isə Əsməri rayonda yaşayan çox imkanlı bir ailəyə məcburi ərə verirlər. Toy gecəsi Əsmərin şəhərdə başına gələnlərin üstü açılır və bundan xəbər tutan həyat yoldaşı Vaqif onu cəzalandırır. Bir müddət sonra Əsmərin hamilə olduğunu bilən Vaqif Əsməri boşamır. Çünki  xəstəliyi ilə əlaqədar heç vaxt övladı ola bilməyəcəyi özünə məlum idi. Əsmərin oğlu dünyaya gəlir və uşağa Vaqifin atasının adı – Eldar qoyulur. Uşaq bu ailənin yeganə varisi sayılır. Əsmər bu müəddətdə evdə çoxlu zülm olunur, o daha dözmür və uşağını da götürüb Bakıya qaçır.

Bu ərəfədə Ayazgilin ailəsində yeni mühim hadisə baş verir. Kazımın birinci həyat yoldaşından olan oğlu və arvadı qəflətən peyda olur və evin bütün düzənini pozur. Bu ailənin digər böyük problemi Əsmər və onun oğlu Eldardır. Eldar həm də Ayazın oğludur. Ayazsa bundan bixəbərdir. Bu sirrin üstü istənilən an açıla bilər. Serial bunun gərginliyi ilə davam edir.

ARB izləyicilərinin marağını çəkəcəyi növbəti çoxseriyalı bədii film isə "İdarə”dir.

Sosial-ictimai komediya janrında olan "İdarə” adlı çoxseriyalı bədii filmin əsas məzmunu cəmiyyətdə baş verən yeniləşmələr və bu yeniləşmələrə qarşı mübarizə aparan qüvvələrin müqaviməti təşkil edir. Yenilik tərəfdarı olan baş qəhrəman Aydın, digər tərəfində isə hər fürsətdə onu sarsıtmaq üçün planlar quran bir qrup passiv düşüncəli köhnə kollektiv dayanır. Vəzifəyə təyin olduqdan sonra yaranmış vəziyyətdən sui-istifadə edən qohumların "işə düzəltmə” davası başlayır. Yalnız atasından dəstək alaraq qarşı qüvvə ilə açıq şəkildə mübarizəyə başlayır. Bir müddət sonra Aydın bu mübariəzinin əhəmiyyətsiz olduğunu düşünərək işdən çıxmağa qərar verir. Elə həmin an gələn xəbər onun yenidən bu mübarizəyə qoşulmasına səbəb olur.

Kanalda yerli seriallarla yanaşı xarici seriallar da nümayiş olunacaq.

Onlardan biri Türkiyə istehsalı olan "Ezel” serialıdır. Yayımlandığı gündən reytinq rekordmeni olan serial nəinki Türkiyə, həm də nümayiş olunduğu Balkan ölkələri və Cənubi Amerika da maraqla izlənib.

Serailda hadisələr belə cərəyan edir: Əsgərlikdən gələndən sonra Ömər Eyşanla evlənəcəkdi, lakin Çingiz, Eyşan və Əlinin qurduğu tələyə düşən Ömər həbsxanaya düşür. Oradan çıxdıqdan sonra isə başqa biri- Ezel olaraq geri qayıdır. Həbsxanada tanış olduğu Ramiz dayı sayəsində Ezel qisasını alacaq. Lakin hər şey göründüyü qədər asan baş verməyəcək.

Növbəti xarici serial isə İordaniya istehsalı olan "Cəsarət yolu”dur. Serialda hadisələr Nemrud ətrafında cərəyan edir. Hamilə həyat yoldaşı öldürülən ər qisas andı içir və intiqam almağa çalışır.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR