"ABI Research" texnoloji araşdırmalar şirkəti növbəti 10 ildə ABŞ-da sənaye robotlarının sayının 300% artacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, təkcə 2016-cı ildə sənaye texnikaları üçün 1,2 milyard dollar xərclənib. Bu tip robotlar daha çox maşın, dərman istehsalında istifadə edilir və məqsəd, insanları təhlükəli kimyəvi maddələrdən mühafizə etməkdir. Lakin artan robot sayı insanlarla birlikdə robotların da işsiz qalmasına səbəb olacaq.
Son illərdə yeni robotların qiyməti azalıb və funksiyaları artıb. Əvvəlkindən fərqli olaraq çox işi yox, bir işi görən kiçik, ucuz və funksional robotlar istehsal edilir. Robot bazarında artan rəqabət bu cihazların bir qisminin işsiz qalması ilə nəticələnəcək.
Gülşən
Şərhlər