Ronaldo haqqında - İNANILMAZ İDDİA

Ronaldo haqqında - İNANILMAZ İDDİA

İspaniyada yayımlanan "El Mundo Deportivo" qəzeti "Real Madrid"in portuqaliyalı ulduzu Kristiano Ronaldo haqqında şok iddia ortaya atıb.

Qaynar.info
xəbər verir ki, qəzetin yazdığına görə, Ronaldo yorğun mövsüm keçirməsinə baxmayaraq, formasını qorumaq üçün ən maraqlı üsullardan birinə əl atır.

Qəzet bildirib ki, Ronaldo əzələlərini dincəltmək üçün mənfi 200 dərəcə soyuq olan otağa girir və burada 2-3 dəqiqə qalır.

Bədənindəki qan dövranını sürətləndirən üsulla əzələlərinin sağlam olmasını istəyən futbolçu, kripoterapiya adlı reabilitasiya üsulundan da istifadə edir.

Ronaldonun bu müalicəni artıq bir neçə aydır tətbiq etdiyini yazana qəzet portuqaliyalı ulduzun evində hazırlatdığı xüsusi otağa 45 min avro pul xərclədiyini bildirib.

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR