İdman 11:41 27.05.2018

Ronaldodan ayrılıq mesajı: "Real"da oynamaq gözəl idi"

"Real"ın ulduzu Kriştiano Ronaldo "Liverpul"la Çempionlar Liqasının final oyunundan sonra diqqətçəkən açıqama verib.

Qaynarinfo xəbər verir ki, 3:1 hesablı qələbə qazandıqları oyundan sonra transferlə bağlı suala cavab verən portuqaliyalı ulduz komandanı tərk edə biləcəyinə işarə vurub: 

"Real"da oynamaq çox gözəl idi. Azarkeşlərə təşəkkür edirəmö Hər zaman yanımda oldular. Yaxın günlərdə transferlə bağlı suallarınıza cavab verəcəm".

Aydın